Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


19.05.2017  18:17 

Bakıda torpağın qiyməti dəyişib





A+  A-

Son zamanlar torpaq sahələrinin alışında bir qədər azalma müaşihidə olunur.
XəzərNews.az xəbər verir ki, Fins.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Bakıda yerləşən torpaq sahələrinin qiymətlərində 3.14% enmə olduğunu bildirib.

Ekspertin sözlərinə görə, adətən aprel may aylarında torpaq sahələrinə olan tələbat artır. Amma ötən ilin analoji dövrü ilə müqayisədə bu il tələb azdır. N.İbrahimov qiymətlərin azalmasına səbəb kimi bahalı obyektlərin satışa çıxarılmamasıdır.

Qeyd edək ki, ən bahalı torpaq sahələri 1-ci zonadadır. Bu zonanın sərhədləri Əl Oyunları Stadionundan başlayaraq, şimal-şərq istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişməsinədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadəkdir. 1-ci zonada 1 sot torpağın qiyməti isə 147 410 dollardır.

Ən ucuz zona isə 9.2-ci zona hesab edilir. Burada torpağın qiyməti 1 sot üçün 3 368 dollar təşkil edir. Həmin zonanın sərhədləri Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrini və rayonun digər zonalara düşməyən ərazilərini əhatə edir.

Zonalara görə torpaqların qiymətini təqdim edirik:

1-ci zona – 147 410 dollar
2-ci zona – 124 506 dollar
3-cü zona - 108 105 dollar
4-cü zona - 105 112 dollar
5-ci zona – 100 059 dollar
6.1-ci zona - 63 286 dollar
6.2-ci zona – 49 020 dollar
6.3-cü zona – 17 635 dollar
7-ci zona – 45 760 dollar
8-ci zona - 17572 dollar
9.1-ci zona - 32 758 dollar
9.2-ci zona – 3 368 dollar
9.3-cü zona – 4 265 dollar
10.1-ci zona – 19 542 dollar
10.2-ci zona - 4 345 dollar
10.3-cü zona – 3 121 dollar
11-ci zona – 3 924 dollar
12-ci zona – 4 051 dollar
13-cü zona – 6 389 dollar

Xəbər 1651 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +