Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


28.03.2017  11:16 

Bugünkü hərracda 14 dövlət əmlakı özəlləşdirilib





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, hərracda 14 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilmiş əmlakların bir qismi kiçik dövlət müəssisə və obyekti, digəri isə istifadəsiz qeyri-yaşayış sahələrinə aiddir. Hərrac zamanı həmçinin nəqliyyat vasitələri də özəlləşdirilib.

Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən istifadəsiz qeyri-yaşayış sahələrinin bəzisi paytaxtda, digərləri isə regionlarda müvafiq olaraq Abşeron, Gəncə, Qəbələ və Salyanda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən daşınmaz əmlak paytaxtın Binəqədi rayonunda yerləşən kiçik dövlət müəssisə və obyekti olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. Hərracda yüksək qiymətə satılmış növbəti əmlak 121 min 250 manata özəlləşdirilən "Qərənfil" şadlıq kafesi isə olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşir. Regionlarda keçirilən hərraclarda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Gəncə şəhərində yerləşən "2 saylı avtomobil dayanacağı"dır. Qeyd olunan əmlak 89 min manata özəlləşdirilib.

2017-ci ilin ilk 3 ayında 10-a yaxın hərrac keçirilib ki, bu hərraclarda özəlləşdirilən əmlaklar müxtəlif iqtisadi sahələrə aid olub. Keçirilən hərraclarda özəlləşdirilən əmlaklar tikinti, nəqliyyat, xidmət, sənaye, ictimai iaşə və sair sahələrin canlanmasına və inkişafına təkan yaradır. Belə müəssisələr və obyektlərdə fəaliyyət müasir tələblərə əsasən yenidən bərpa edilir və bununla da iqtisadi aktivliyə, yeni iş yerlərinin yaradılmasına səbəb olur.

Tamamilə şəffaf, rahat və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilən belə hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Vətəndaşların hərraclarda özəlləşdirdikləri belə əmlaklar iqtisadi baxımdan onlar üçün mənfəət mənbəyidir. Əmlaka yiyələnən istənilən vətəndaş sonradan onu biznes predmetinə çevirə, icarəyə verə və ya digər qanunla icazə verilən məqsədlər üçün istifadə edə bilər.

Komitə tərəfindən növbəti hərrac aprelin 4-də keçiriləcək. Hərraca çıxarılan 145 əmlakdan 21-i səhmdar cəmiyyəti, 78-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi və 14-ü nəqliyyat vasitəsidir. Özəlləşdirilməyə çıxarılan 16 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir. Hərraca çıxarılan əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.privatization.az/index.php/az/index.php?option=com_content&view=article&layout=edit&id=1490

Məlum olduğu kimi, hərracı müşahidə etmək üçün də heç bir məhdudiyyət yoxdur. Yəni istənilən vətəndaş və ya jurnalist hərrac günü Komitənin İnformasiya Texnologiyaları Mərkəzinə (Bakı, H.Əliyev pr., 139A) gəlib hərrac prosesini izləyə bilir.

Xəbər 1813 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +