2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


22.09.2025  16:26 

III MDB Oyunları ərəfəsində təhlükəsizlik məsələləri müzakirə edilib





A+  A-

Sentyabrın 22-də Daxili İşlər Nazirliyində (DİN) III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinə həsr olunmuş əməliyyat müşavirəsi videokonfrans formatında keçirilib.

XəzərNews.az xəbər verir ki, məlumatı DİN yayıb.

Nazir, general-polkovnik Vilayət Eyvazov çıxışında qeyd edib ki, Azərbaycan bir çox nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi edib və daxili işlər orqanları belə tədbirlərdə təhlükəsizliyin təmin olunması sahəsində böyük təcrübə qazanıb.

Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhəri ilə yanaşı ölkəmizin daha 6 şəhərində təşkil olunacaq III MDB Oyunları zamanı polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar.

Müşavirədə iştirakçıların, azarkeşlərin, qonaqların və media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması, buraxılış məntəqələrində nəzarətin gücləndirilməsi və insanların maneəsiz hərəkəti üçün şərait yaradılması əsas vəzifələr kimi müəyyən olunub.

Xəbər 2999 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +