Paşinyan Ermənistanı ABŞ-İran qarşıdurmasına hazırlayır?
Yusif Şirinli tutduğu vəzifədən azad olunub
Dron hücumları: Rusiyanın üç bölgəsi işıqsız qalıb
89 yaşlı qadın orduya 20 min qrivina bağışladı
Ramiz Mehdiyevin halı pisləşib
Ramiz Mehdiyevin hüquqlarını bu vəkil müdafiə edəcək
Ukrayna Saratovu dumana bürüdü
Mənə hədə-qorxu gəlirlər - Qarabağ əlili
İlham Əliyev bütün Qafqazın şərəfini qoruyub - Saakaşvili
Daha bir diaspor rəhbəri Rusiyadan çıxarılır


14.10.2025  14:01 

“Azərbaycan dili – Tat dili ləhcələri lüğəti” kitabının təqdimatı keçirilib - Foto/Video





A+  A-

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan “Dilimiz varlığımızdır – Tat dilinin müxtəlif (cənub, mərkəz və şimal) ləhcələrinin lüğətinin hazırlanması və nəşri” layihəsi uğurla başa çatıb.

XəzərNews.az multikultural.az-a istinadən xəbər verir ki, 10 oktyabr 2025-ci il tarixində layihə çərçivəsində hazırlanmış “Azərbaycan dili – Tat dili ləhcələri lüğəti” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli açaraq layihənin məqsəd və əhəmiyyətindən danışıb. O, bildirib ki, bu lüğət təkcə dilçilik baxımından deyil, həm də Azərbaycanın multikultural irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Tat dili Azərbaycan mədəniyyət xəritəsinin ayrılmaz bir parçasıdır. Bu lüğət vasitəsilə həm tədqiqatçılar, həm də gənc nəsil bu dilin zəngin ləhcə xüsusiyyətlərini daha dərindən öyrənmək imkanı qazanacaq”.

Daha sonra “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov çıxış edərək layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O vurğulayıb ki, lüğətin hazırlanması uzunmüddətli tədqiqat və ekspedisiya işlərinin nəticəsidir:

“Cənub, mərkəz və şimal bölgələrində yaşayan Tat icmalarının dil nümunələrinin toplanması, sistemləşdirilməsi və Azərbaycan dilinin normativ bazası ilə müqayisəli şəkildə təqdim olunması bu kitabı unikal mənbəyə çevirir”.

Tədbirdə çıxış edən Azərbaycan-Fransız Universitetinin rektoru, dosent Vazeh Əsgərov isə layihəni mədəni irsin qorunması istiqamətində mühüm addım kimi qiymətləndirib:

“Tat dili kimi qədim dillərin müasir dövrdə elmi əsaslarla sənədləşdirilməsi və nəşri ölkəmizdə aparılan çoxmillətli mədəni siyasətin real təzahürüdür. Bu kimi layihələr həm akademik, həm də maarifləndirici baxımdan mühüm dəyər daşıyır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin məsləhətçisi Elnur Qasımov öz çıxışında Azərbaycanın multikultural siyasəti kontekstində bu lüğətin əhəmiyyətindən danışıb:

“Bu nəşr multikulturalizmin praktiki təcəssümüdür. Tat dilinin qorunması, öyrənilməsi və təşviqi Azərbaycan cəmiyyətinin etnik və dil müxtəlifliyinə olan hörmətini bir daha nümayiş etdirir”.

Tədbirdə, həmçinin, kitabın müəllif və tərtibatçıları layihə prosesində qarşılaşılan maraqlı faktlardan və toplanan materialların elmi əhəmiyyətindən danışıblar.

Sonda çıxışçılar lüğətin yalnız dilçilər üçün deyil, həm də tarixçilər, etnoqraflar və mədəniyyət tədqiqatçıları üçün dəyərli elmi mənbə olduğunu vurğulayıblar.

Tədbirin yekununda iştirakçılara “Azərbaycan dili – Tat dili ləhcələri lüğəti” kitabının nüsxələri təqdim edilib və xatirə şəkilləri çəkilib.















Xəbər 4769 dəfə oxunub.




16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı


BÜTÜN XƏBƏRLƏR +