Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


05.12.2018  13:29 

ABŞ-ın 2-ci enerji nəhəngi də Azərbaycandan gedir - Payını satır





A+  A-

Nəhəng “Exxon Mobil” neft şirkətinin ardınca, ABŞ-ın ikinci ən iri enerji korporasiyası Azərbaycan bazarını tərk etməyə hazırlaşır.
XəzərNews.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Şevron” da “Azəri-Çıraq-Günəşli” neft yatağındakı 9,57 faizlik payını, bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindəki 8,9 faizlik payını satmaqla bağlı qərar qəbul edib.

BP Exxon və Şevronun planları ilə bağlı hər hansı informasiyaya sahib olmadığını bəyan edib.

Exxon və Şevrondan başqa, BP “Azəri-Çıraq-Günəşli”də 30,4 faiz, Socar isə 25 faizlik paya sahibdir.

Ötən gün “Exxon”un sözçüsü Culiya King yayılan xəbərlə bağlı “biz bazar şayiələri və spekülasiyalarına şərh vermirik” açıqlamasını vermişdi.

Qeyd edək ki, Şevronın təsdiqlənmiş neft ehtiyatı 13 milyard barreldir. Şirkətin alternativ enerji mənbələri arasında geotermal, günəş, külək, bio və hidro enerji layihələri var.

Xəbər 3131 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +