Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


07.06.2017  14:48 

“Evdən pis iy gəlirdi, meyitini tapdıq...”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi favam etdirilib.
Hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası keçirilib.

İclasda prokuror ittiham aktını elan edib. R.Xalıqov özünü təqsirli bildiyini deyib.

R.Xalıqov hadisəni necə və niyə törətdiyini danışıb: "Pul lazım olduğu üçün evə girdim. Sahibi qabağıma çıxdı. Onun başına iki dəfə çəkiclə vurdum. Evdən 200 mant pul və maaş kartı götürdüm".

R.Xalıqov peşman olduğunu deyib.

Şahid Nigar Ələkbərova məhkəmədə deyib ki, qətlə yetirilən Viktor Lituxin atasının dostu olub: "Viktora zəng vurdum, telefona cavab vermədi. Səhəri günü evinə getdim, qapını açmadı. Amma evdən pis iy gəlirdi. Sonra öldürüldüyünü bildik".

Məhkəmə prosesi iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı il iyunun 28-də Lökbatan qəsəbəsində baş verib. Viktor Lituxinin evində çürümüş meyiti tapılıb.

Qətli törədən R.Xalıqov əvvəllər cinayət törətdiyi üçün məhkunluq həyatı yaşayıb.

(qafqazinfo.az)

Xəbər 2909 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +