Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


25.03.2024  22:03 

Martin Qriffits vəzifəsindən istefa verib





A+  A-

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits vəzifəsindən istefa verib.

Xəzərnews.az xəbər verir ki, o, səhhətindəki problemlərlə əlaqədar tutduğu vəzifədən uzaqlaşmaq niyyətində olduğunu deyib.

BMT Baş katibi Antoniu Quterreş dünyanın bir çox münaqişəli bölgələrində böhrandan təsirlənən insanların müdafiəsində və onların ehtiyaclarını həll etmək üçün resursların səfərbər edilməsində göstərdiyi mühüm xidmətlərinə görə Qriffitsə minnətdarlığını bildirib: "BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinə rəhbərlik edən cənab Qriffits bu vəzifəyə 2021-ci ilin iyul ayında gəldi. Humanitar ehtiyacların artdığı və resursların azaldığı bir vaxtda ehtiyac sahiblərinə həyatı əhəmiyyət daşıyan yardımların və resursların çatdırılmasında müstəsna rol oynadı.

Bacarıqlı diplomat və vasitəçi kimi o, BMT-nin humanitar missiyasına rəhbərlik etməklə ən çətin böhranların həlli yolları üçün danışıqlarda əsas rol oynamışdır. Cənab Qriffits iyunun sonuna kimi vəzifəsində qalacaq".//Report

Xəbər 3120 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +