Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


19.11.2022  09:37 

“İran dindən sui-istifadə edir”- Şeyx - Video





A+  A-

“Tarix heç vaxt unudulmur. Bu gün qonşumuzun və ya sapı özümüzdən olan baltaların bizə qılınc çəkməsi də tarixə düşür. İrandakı bəzi qardaşlarımız. Amma dırnaqarası qardaşlarımız və yaxud sapı özümüzdən olan baltalar. Bu gün onların düşmənimizlə dostluq etmələrini qəbul edə bilmərik”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərmiş din xadimlərinin təltif olunması mərasimində deyib.

Allahşükür Paşazadə deyib ki, İranın son vaxtlar atdığı addımlar bütün müsəlmanlar üçün gözlənilməz olub.

Şeyxin sözlərinə görə, İranda əleyhimizə danışanlar dini siyasətə alət edirlər və dedikləri hər sözdə, atdıqları hər addımda dindən sui-istifadə edirlər.

Allahşükür Paşazadə bildirib ki, ermənilərin Zəncan, Ərdəbil, Təbriz və Urmiyada törətdikləri qətliamları İran unutmamalıdır.



Xəbər 2571 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +