Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


28.06.2022  14:10 

Fərid Qayıbov bölgələrdə olub, yaylaq festivalına hazırlıqla maraqlanıb





A+  A-

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın bir sıra şəhər və rayonlarında səfərdə olub.

Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, səfər çərçivəsində Daşkəsəndə Gənclərin Təlim və İstirahət Mərkəzinin vəziyyəti və imkanları ilə tanış olan F.Qayıbov mərkəzin səmərəli fəaliyyətinin təşkili üçün müvafiq tapşırıqlar verib.

O, Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gələn ay təşkil olunacaq milli yaylaq festivalının keçiriləcəyi ərazidə hazırlıq işləri ilə də yerində maraqlanıb, həmçinin Gəncə şəhərində tikilməkdə olan İdman Sarayının tikintisi ilə tanış olub.

Gədəbəydə Uşaq-Gənclər İdman Məktəbi, Gədəbəy Gənclər İdman Klubunun fəaliyyəti ilə tanışlıq zamanı nazir sakinlər və idman mütəxəssisləri ilə görüşüb, onları narahat edən məsələləri dinləyib, fikir mübadiləsi aparıb.

F.Qayıbov Kürdəmirdə şəhər stadionu, Gənclər Evi, Olimpiya İdman Kompleksinin vəziyyəti ilə maraqlanıb, kompleksdə müxtəlif bölmələrində uşaq-gənclərin məşğələlərini izləyib.

Xəbər 2963 dəfə oxunub.




19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +