“Ehtiyat skamyamız zəifdir....“ - Rimas Kurtinaytis
Oyunçularımı təbrik edirəm -Baş məşqçi
Mehdiyevə bağlı olan icra başçıları... - İDDİA
Hikmət Hacıyev kanslerin müşaviri ilə görüşdü
“Greenfield“ və “Tess“ çaylarında uyğunsuzluq var?
Mehdiyevin izi ilə... - Daha kimlər həbs oluna bilər?
Şimşək çaxacaq, sulu qar yağacaq
Bakıda parad keçiriləcək
Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi
MSK-a Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verdi


12.01.2022  11:08 

“Korrupsiya bu sistemin tərkib hissəsi olub”





A+  A-

Rüşvət və korrupsiyaya görə, indiyə kimi ölkədə 7 icra başçısı həbs olunub. Vəzifə səlahiyyətlərini yerinəı yetirərkən qanunsuzluğa yol verdiyi üçün azadlıqdan məhrum edilənlərin arasında nazir müavinləri, bələdiyyə sədrləri və digər yüksək rütbəli məmurlar da var.

Maraqlıdır ki, cəmiyyətdə rəğbətlə qarşılanan bu proses qeyri-müəyyən səbəblərə görə dayanıb. Silsilə həbslərdən sonra gələn durğunluq, artıq uzun müddətdir ki, davam edir. Buna səbəb nədir? İcra başçılarının, digər yüksək rütbəli məmurların həbsində niyə fasilə yarandı? Yoxsa? “Gözü çıxan qardaş göz qabağındadır” məsəli bu kəslər üçün, artıq böyük əhəmiyyət kəsb edir?

XəzərNews.az xəbər verir ki, Yenisabah.az-ın suallarını cavablandıran təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl deyib ki, icra başçılarını həbs etmək bir proses deyil ki, deyək ki, mütləq bu proses davam etməlidir və onlar tutulmalıdır:

“İstənilən icra başçısını bu saat həbs etmək olar, amma bu mərhələnin dayandırılması bir proses deyildi. Bu, bir görüntü idi və mən hətta deyərdim ki, imitasiya idi. Yəni ki, tutuldular və bu cəmiyyətdə bir növ su səpdi ki, guya ki, məmur özbaşınalığının və korrupsiyanın qarşısı alınır. Gördüyünüz kimi, onlar camaatın ən çox narazılıq etdikləri icra başçıları idi. Onlar bu addımları atdılar və bu o demək deyildi ki, bu proses sona qədər 66 rayonun hamısına şamil olunmalıdır”.

İ.İsmayıl əlavə edib: “Mən bunu korrupsiyaya qaşrı mübarizə kimi qiymətləndirmirdim, hətta islahat kimi də dəyərləndirmirəm. Bu, sadəcə İkinci Qarabağ müharibəsindən əvvəl ümumi narazılıqlara su səpmək üçün atılan bir addımlar idi və bundan sonra bu addımlar korrupsiyaya qarşı mübarizədən çox fərdi xarakter daşıyacaq. Yəni icra başçısı öz fəaliyyəti ilə narazılıq yaradırsa və yaxud onun hakimiyyəti qane etməyən hansısa hərəkəti varsa, həbs olunacaq. Amma yenə deyirəm, bu bir proses deyil ki, deyək bu dayandırılıbdır. Məmurlar yenə korrupsiya ilə məşğul olurlar”.

“Bizdə idarətetmə sistemi elədir ki, korrupsiya, bu idarəetmə sisteminin tərkib hissəsi olubdur. Tutmağa qalsa, burada hamı tutula bilər. İstənilən şəxs, o şəxsin ki, maliyyə imkanlarına, dövlətin büdcəsinə təması var, onlar həbs edilə bilər və əksəriyyətində biz bunu görmüşük. Hətta bizim üçün müqəddəs olan Qarabağ torpaqlarında, Şərqi Zəngəzurda tikilən İkinci Ağalı ağıllı kəndinin özündə də indi yeyinti prosesi gedirsə, ayırılan puldan mənimsəmələr olursa, fəhlələrə pul zamanında çatmırsa, şikayətlər göyə qalxırsa, bu, o deməkdir ki, yerdə qalanlarda bu, ümumiyyətlə, baş alıb gedir. Əgər istəyirlərsə, bu məsələnin sözün həqiqi mənasında islahata və həqiqi korrupsiyaya qarşı mübarizəyə çevirsinlər, onda bunu bir mənalı şəkildə elə tətbiq etməlidirlər ki, başqalarına da görk olsun. Amma indi məsələ başqalarına görk olmur. Olmadığına görə də, bu imitasiya xarakteri daşıyır”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Tanınmış hüquqşünas, vəkil Aslan İsmayılov isə məsələyə özünəməxsus yanaşıb:

“Mən həbslər başlayanda demişdim ki, əgər hamısını həbs etsəniz, onda gərək Azərbaycanın sərhədinə bir dənə yekə dəmir divar hörələr və həbsxana elan edələr. Azərbaycanda hamı rüşvətin içindədir bu saat. Ona görə də, hamını həbs etməklə ölkədə əlavə gərginlik yaratmaq istəmirlər. Fasilələr bununla bağlıdır.

Bunları həbs etdilər ki, başqalarına dərs olsun, amma görünür dərs olmayıb. Hazırda vəzifədə olan və rüşvət alan məmurlar var və mən deyərdim ki, hətta həddən artıq çoxdurlar”.

Xəbər 3197 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.10.2025  17:35 

Bakıda parad keçiriləcək

15.10.2025  11:58 

Prezident müraciət ünvanladı

15.10.2025  10:27 

Abşeronda qətl hadisəsi


BÜTÜN XƏBƏRLƏR +