Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video


26.11.2020  11:05 

Türkiyə də karantini gücləndirəcək





A+  A-

Türkiyə koronavirusla mübarizədə tətbiq edilən sərt karantin rejiminə nəzarəti gücləndirəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı bələdiyyə sədrlərinə göstəriş verilib. Belə ki, bazar, ictimai nəqliyyat, alış-veriş mərkəzləri daxil olmaqla insanların sıx olduğu yerlərdə qaydalara əməl olunub-olunmadığı dəyərləndiriləcək.

Yoxlamalar 26-29 noyabr tarixlərində ölkənin bütün vilayətlərində həyata keçiriləcək. Nəqliyyat vasitələrinə baxış keçiriləcək, maska, spirt, təmizlik vasitələrinin olub-olmadığı yoxlanılacaq.

Həmçinin alış-veriş mərkəzlərində işçi və işçi saatı azaldılacaq, həmin məkanlarda havalandırma sistemləri yoxlanılacaq.

Qeyd edək ki, Türkiyədə son 24 saatda 6 min 814 nəfər virusa yoluxub, 168 nəfər həyatını itirib.

Xəbər 3291 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO


BÜTÜN XƏBƏRLƏR +