İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


09.06.2020  17:25 

Bu marşrut xətti “BakuBus”a verildi





A+  A-

Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə keçirilən müsabiqənin nəticəsinə uyğun olaraq 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları BakuBus MMC tərəfindən həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərNews.az-a verilən məlumata görə, hazırda “Kral Transport” MMC-nin müvəqqəti istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu:

“Ayrı-ayrı vaxtlarda vətəndaşlar tərəfindən marşrut xətti ilə bağlı 185 şikayət daxil olub. Daxil olan şikayətlərə əsasən monitorinqlə aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtıq, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib.

Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.

Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdarlıq olunsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib”.

Rəsmi məlumata görə, bu xətt üzrə 12 metrlik BMC Procity markalı avtobuslar fəaliyyət göstərəcək:

“Avro 6 standartlarına cavab verən avtobuslar rahatlığı eləcə də fiziki imkanları məhdud sərnişinlər üçün əlçatanlığı ilə də fərqlənir. Dəyişiklik sayəsində bu xətt üzrə də ödəniş nağdsız formada həyata keçiriləcək. Vətəndaşlardan daxil olan çoxsaylı müraicətlər nəzərə alınaraq 24 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Beləki bu xətt üzrə avtobusların hərəkəti Metronun N.Nərimanov stansiyası-Qaraçuxur qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 45 mindən artıq sakini olan Qaraçuxur qəsəbəsinin Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və N.Nərimanov metro stansiyası ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub.

Yeni hərəkət sxeminə əsasən Bakı Olimpiya Stadionunun ictimai nəqliyyatla hər iki istiqamətdə əlaqələndirilməsi də təşkil edilib”.

Xəbər 3518 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +