Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


05.06.2017  22:46 

Bu cərimələrin məbləğində fantastik artım - 100 manat 3 min oldu





A+  A-

Azərbaycanda qanunsuz ov etməyə görə cərimələr 20 dəfə artırılıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu, Cinayət Məcəlləsinə 258-ci maddəsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə edilən dəyişikliyə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda cərimənin məbləği 2000 manatdan 3000 manata qədər məbləğdə müəyyən edilib. Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.

Eyni əməllər külli miqdarda ziyan vurulmaqla, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında törədildikdə isə cərimənin məbləği 3 min manatdan 6 min manata qədər (əvvəl – 100 manatdan 1000 manatadək) məbləğdə müəyyən edilib.

Xəbər 2883 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +