Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


05.06.2017  14:43 

Nazirlikdən narazı valideynlərə CAVAB: “Dərs proqramı bitsə belə...”





A+  A-

Təhsil ilnin bitməsinə sayılı günlər qalır. Amma tədris ilinin yekununda bəzi valideynlər narazı salan məqam var. Valideynlər dərs proqramlarının mayın sonunda bitməsindən, uşaqlar məktəblərdə boş vaxt keçirməsindən narazıdırlar.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov narazılığın əsassız olduğunu deyib.

“Bu cür fikirlər səsləndirməyin əsası yoxdur. Sadəcə, valideynlər narazılığı onunla əlaqədardır ki, uşaq saat 8-in yarısı durur, hazırlaşır, valideyn də övladını məktəbə aparır. Valideyn bunu özünə problem hesab edir. Dərs proqramlarının bitməsi bəzən müəllimdən asılı olur. Əgər müəllim istəsə, proqramı yanvar ayında da bitirə bilər, aprel ayında da. Bütün hallarda proqramın detalları mövcuddur. Mövzunun təkrar keçirilməsi, yeni mövzuların verilməsi və sairə”.
Nazirlik rəsmisi, bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlərin dərsə gəlməsi məsələsinə də toxunub.
“Orta məktəb şagirdi fərdi hazırlığın hesabına 700 bal toplayıb. O demək deyil ki o, məktəbə getməməlidir. Həm də şagirdlər məktəbə bal toplamaq üçün getmir ki! Hesab etməməliyik ki, hər hansı uğur əldə edən şagird məktəbə getməməlidir. İyunun 14-nə kimi dərsə getmək tələbdir. Bu, məcburi sistemdir. Konstitusiyada və “Təhsil haqqında” qanunda da belədir. Təhsil sistemi ilə bağlı dövlətin qaydaları var. Sentyabrın 15-i dərslər başlayır, iyunun 14-ü bitir”.

(modern.az)

Xəbər 2492 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +