“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


01.10.2025  10:23 

AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi terminologiyasına qarşı nöbəti bəyanatını AŞPA-da verib. Bu, sayca üçüncüdür.

Vaşinqton anlaşmasından sonra erməni baş nazir ilk etirazını “ŞƏT plyus” formatındakı görüşdə edib. Prezident İlham Əliyev Çində Zəngəzur dəhlizi anlaşmasını gündəmə gətirdi, bunun bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinə verəcəyi töhfədən danışdı. Paşinyan da cavab çıxışında “Zəngəzur dəhlizi ritorikasının əldə olunan sülh atmosferinə uyğun olmadığını”, “Vaşinqton razılaşmasına əsasən bunun “Trampın Sülh və Rifah Marşrutu” adlandırıldığını” bildirdi.

BMT Baş Assambleyasının 80-ci sessiyasında Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı dedikləri Paşinyanın etirazına səbəb oldu. Zəngəzur dəhlizi termininin sənədlərdə olmadığını deyən Paşinyan Nyu-Yorkdan birbaşa uçduğu Strasburqda – AŞPA sessiyasında da eyni motivli tezislərdən çıxış etdi.

Rəsmi İrəvanın Zəngəzur dəhlizi terminindən narahatlıq keçirməsi iki səbəbdən qaynaqlanır.

Birincisi, daxili ictimai rəydə hakimiyyətə qarşı yönələn ittihamlardır: erməni baş nazir cavab haqqından istifadə etməklə erməni cəmiyyətinə “dəhliz verməmişik” mesajını çatdırmağa çalışır;

İkincisi, Bakının mütəmadi olaraq bəhs etdiyi Zəngəzur dəhlizi termininin beynəlxalq leksikona daxil olmasıdır;

AŞPA-da baş verənlər bunu təsdiq edir: avropalı parlamentarilərdən biri erməni baş nazirə sual verərkən, Zəngəzur dəhlizi terminindən istifadə edib, buna əsəbiləşən Paşinyan da “o ifadəni haradan oxumusunuz? Belə bir ifadə yoxdur, olmayıb və əmin olun ki, Ermənistanla Azərbaycanın razılaşdırdığı heç bir sənədd olmayacaq” deyib.

Paşinyanın Zəngəzur dəhlizi termininə davamlı şəkildə etiraz etməsinin əsas hədəflərindən biri də məsələni Vaşinqtonun gündəminə daşımaq, Trampa “Əliyev 8 avqust anlaşmasına qarşı çıxır” mesajını verməkdir. Lakin Əliyev bu cəhdləri heçə endirən gediş etdi: BMT-də çıxışı zamanı bildirdi ki, “Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP).

Bu, Zəngəzur dəhlizindən TRİPP layihəsinin tərkib hissəsi kimi bəhs edilməsi idi və Əliyev bununla:

- dəhliz ifadəsinə Vaşinqtonun yanaşmasını loyallaşdırır;
- TRİPP-dən bəhs edərkən, Zəngəzur dəhlizi ifadəsindən də istifadə etmək zərurəti yaradır;

ABŞ-ın Paşinyanın şikayətlərinə diqqət ayırmaması, o cümlədən, AŞPA-da – Azərbaycanın iştirak etmədiyi beynləxalq platformada baş verənlər Bakının planının işlədiyindən xəbər verir.

Asif Nərimanlı

Xəbər 1044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +