“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


26.09.2025  12:32 

Gürcüstandan Azərbaycana pul köçürmələri artıb – Səbəb nədir?





A+  A-

2025-ci ilin ilk 6 ayında Gürcüstandan Azərbaycana daxil olan pul köçürmələri Azərbaycan vətəndaşlarının Gürcüstana göndərdiyi vəsaiti üstələyib. Belə hal müstəqillik dövründə ilk dəfə qeydə alınıb. Rəsmi rəqəmlərə görə, Gürcüstandan Azərbaycana daxil olan vəsait 18,1 milyon dollara yüksəlib ki, bu da ötən illə müqayisədə 4% artım deməkdir.

XəzərNews.az xəbər verir ki, bu barədə Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, Azərbaycandan Gürcüstana işləməyə və biznes qurmağa gedənlərin sayı son illər kəskin artıb:

“Tikintidə fəhlə işləyən aran rayonlarından soydaşlarımızı gördüm. Ayda 2000 manat maaş alırdılar. Bundan başqa 8 saatlıq iş rejimi, pulsuz nahar, işə gediş-gəliş üçün pulsuz nəqliyyat, 5 günlük iş həftəsi və aşağı vergilər işçiləri cəlb edir”.

N.Cəfərli qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrindən sahibkarlar da bizneslərini Gürcüstana köçürməyə üstünlük verirlər. Onlar əsas səbəb kimi azad sahibkarlıq mühiti və vergi yükünün yüngüllüyünü göstərirlər:

“500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi ödəyirlər. Heç bir dövlət orqanının təzyiqi yoxdur. Vergi və gömrük sistemindən çox razıdırlar”.

İqtisadçının sözlərinə görə, son illərdə makro-iqtisadi göstəricilərdə də Gürcüstan və Ermənistan Azərbaycanı geridə qoyub:

“2017-ci ildə adambaşına ÜDM göstəricilərinə görə Azərbaycan Cənubi Qafqazın lideri idi. 2024-cü ildə isə vəziyyət dəyişib: Gürcüstan – 9,61 min dollar, Ermənistan – 8,86 min dollar, Azərbaycan – 7,43 min dollar.

Bu ilin (2025) yanvar-iyul aylarında iqtisadi artım da fərqli olub: Azərbaycanda – 0,9%, Gürcüstanda – 8,6%, Ermənistanda – 5,2%”.

Natiq Cəfərli bildirib ki, bütün bu fərqlər nəticəsində Azərbaycan vətəndaşları indi Gürcüstana işləməyə gedir və ailələrinə qazandıqları vəsaiti göndərirlər:

“Görəsən, hökumət bu mənzərədən məmnundurmu? Onlar Nazirlər Kabinetində hər şeydən danışırlar, amma problemlərdən və onların həll yollarından yox...”

Xəbər 3705 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +