Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib





A+  A-

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin həlli ilə bağlı fikirlərini və qiymətləndirmələrini çatdırmaq üçün Moskvaya səfər edib. O, eyni məqsədlə Kiyevə gəlib.

XəzərNews.az xəbər verir ki, bu barədə RBC-Ukrayna agentliyi Fidana istinadən Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Prezidentimizin tapşırığı ilə biz əvvəlcə Moskvada Rusiya tərəfini dinlədik, fikirlərimizi və qiymətləndirmələrimizi çatdırdıq. Və bildiyiniz kimi, Rusiya iyunun 2-də danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. Və bu gün Kiyevdə ukraynalı dostlarla fikir mübadiləsi apardıq", - Fidan bildirib.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, o, artıq həmkarı Andriy Sibiqa ilə son hadisələri müzakirə edib.

Fidanın Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşü planlaşdırılıb.

Xəbər 397 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +