Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


26.01.2019  16:52 

Narkotik alverçisi tutuldu





A+  A-

Yasamal Rayon Polis İdarəsinin və 28-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, polis əməkdaşlarına paytaxt sakini, əvvəllər məhkum edilmiş Mehman Əsədovun yaşadığı evdə narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Onun Yasamal rayonundakı evinə baxış zamanı külli miqdarda narkotik vasitə olan heroin, psixotrop dərmanlardan olan “Tramadol” həbləri, elektron tərəzi və şprislər aşkarlanıb. Aşkarlanan maddi sübutlar ekspertizaya təqdim edilib. Ekspertiza ilə müəyyənləşdirilib ki, M.Əsədovun evindən aşkarlanan heroinin çəkisi 1 kiloqram 141 qramdır.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbər 2845 dəfə oxunub.



09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +