Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


27.11.2022  12:09 

Hansı qadınlar xəyanət edir?





A+  A-

Atalar deyib ki, "kənarına bax bezi al, anasına bax qızı al". Dədə-babalarımızın bu fikrini bu gün elm də sübut edir. Avstraliya Quennsland Universitetinin alimləri bu qənaətə gəlib ki, qadınlar nə edirsə etsin, genlərində xəyanət varsa, bir şəkildə ərlərinə sədaqətsizlik edir. Elm adamları qadınların 40 % -ının xəyanətə meyilli olduğunu və bunun səbəbinin genləri ilə bağlı olduğunu sübut ediblər.

Araşdırmanın nəticələrinə görə genetik quruluş qadınların yoldaşlarına nə sıxlıqla xəyanət edəcəyini göstərir. Psixoloq Brandon Zitsç qadınlarda buna səbəb olan genin ilk dəlillərini ortaya çıxardıb.

Yaşları 18-49 arasında dəyişən 7300 uzun müddətli əlaqə yaşayan cütlük araşdırılıb. Nəticələrə görə qadınların genetikası qarışıq olan qadınlar ən az 1, bəzilərinin isə birdən çox sevgilisi üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya danışan tanınmış psixoloq Gülnar Orucova bütün hallarda xəyənət diqqətsizlikdən və sevgisizlikdən qaynaqlandığını söylədi.

O bildirdi ki, amma xəyanətdə genetik amillər də var: "Məsələn, uşaq baxır ki, sədaqətsizlik ailədə normal qəbul olunur, ona qarşı ciddi təpki olmur, onda o da gələcəkdə həyat yoldaşına qarşı xəyanətdə qeyri-adi heç nə görmür. Çox təəssüf ki, uşaq buna bir ailə ənənəsi kimi baxır. Ona görə də bir çox qadınlar üçün xəyanət qaçılmazdır.

O, xəyanət etməyə bir növ aludədir. Çünki, ailə də bir cəmiyyətdir. Uşaq ailədə gördükləri vərdişlərin çoxunu sonradan böyük cəmiyyətə daşıyır. O cümlədən də, xəyanəti". Psixoloq onu da əlavə etdi ki, insana ətraf mühitin də ciddi təsiri olur:
"Bəzən düşdüyün mühit səni pis yola, xəyanətə məcbur edir. Çünki, çevrəndə hamı eyni şeyi təkrarlayır. Və sən də fərd olaraq cəmiyyətdəki axına qoşulmaq məcburiyyətində qalırsan.

Amma bütün hallarda genetika əsas rol oynayır. Bəzi qadınlar xəyanəti ən axırıncı yol hesab edirlər. Bu da genetikdir. Ona görə də həm atalarımızın, həm də alimlərin dedikləri ilə razılaşmaq lazımdır".

Xəbər 1068 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +