Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


10.12.2025  12:50 

DOST icarəyə görə Vəliyevaya 5 milyon 241 min 600 manat ödəyəcək





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Agentliyin inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Vəliyeva Validə Rəhim qızı olub.

DOST 7800 kv. metr ofis sahəsini 28 ay müddətinə icarəyə götürəcək. Azı 85 otaqdan ibarət olan ofisdə istirahət otağı, 2 lift və 6 mətbəxi var.

Qeyd edək ki, “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsinə görə Validə Vəliyevaya 5 milyon 241 min 600 manat (aylıq 187 min 200 manat) ödəniləcək.

Onu da bildirək ki, DOST ötən il də Validə Vəliyeva ilə analoji müqavilə imzalayıb. “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC-nin hazırda fəaliyyət göstərdiyi inzibati bina Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 560-cı məhəllə, 118 ünvanında yerləşir./Yeniavaz.com

Xəbər 832 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +