FETÖ-yə qarşı əməliyyat: Saxlanılanlar var
Axtarışa verilən Abbas Abbasov bu ölkəni tərk etdi -ÖZƏL
Neftimiz ucuzlaşdı
Baş nazir qərar imzalayıb
Lukaşenkodan Ukraynaya məsləhət, siz...
Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib


06.10.2025  14:08 

Saxlanılan QHT sədrləri sərbəst buraxıldılar





A+  A-

Bir neçə gün öncə saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlamağa görə saxlanılan QHT sədrləri haqqında yeni xəbər var.

XəzərNews.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, saxlanılan QHT sədrləri ilə bağlı ilkin araşdırmalar aparılıb, onların izahatları alınıb və müvafiq prosessual tədbirlər başa çatdıqdan sonra sərbəst buraxılıblar. Məlumata əsasən, araşdırmalar zamanı bu şəxslərin fəaliyyət istiqamətləri və rəhbərlik etdikləri təşkilatların son dövrlərdəki işinə dair müəyyən məsələlər dəqiqləşdirilib. Hazırda toplanmış materiallar əsasında hüquq-mühafizə orqanları tərəfindən əlavə qiymətləndirmə aparılır.

Xatırladaq ki, oktyabrın 1-də “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılmışdı.

DİN-in rəsmi məlumatında bildirilib ki, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 4162 dəfə oxunub.




17.12.2025  10:44 

Neftimiz ucuzlaşdı

17.12.2025  10:42 

Baş nazir qərar imzalayıb


BÜTÜN XƏBƏRLƏR +