Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya başlayır
Kreml Azərbaycana əleyhinə daha nələri etməyi planlaşdırır?
Kiyevə raket zərbəsi... - Azərbaycan səfirliyi...
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Hikmət Hacıyev: Bu Rusiya ilə bağlı deyil
Tanınmış müğənni xəstəxanaya yerləşdirilib-FOTO
Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI
Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev


26.07.2021  14:21 

Sabah Bakıda 31 dərəcə isti olacaq





A+  A-

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 28-31° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecəyə doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 27-si axşam, 28-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi əsasən əlverişli olsa da, güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər 3265 dəfə oxunub.




20.07.2025  13:15 

Sabahın havası açıqlandı

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +