Hikmət Hacıyev: MDB iclasına qatılmamağımız Rusiya ilə bağlı deyil
Tanınmış müğənni xəstəxanaya yerləşdirilib-FOTO
Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI
Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident


24.02.2021  14:27 

FHN də buzlu yollarla bağlı müraciət yaydı





A+  A-

Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin 112 qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub və FHN-in xilasetmə qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilib. Nazirlik vətəndaşları piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırıb.
XəzərNews.az xəbər verir ki, FHN yolların buz bağlaması ilə bağlı bir sıra tövsiyələr verib.

Yolların buz bağlaması zamanı necə hərəkət etməli:

- hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz zərbənin gücünü azaltmaq üçün oturun;

- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Xəbər 4034 dəfə oxunub.




20.07.2025  13:15 

Sabahın havası açıqlandı

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +