Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


03.07.2025  17:10 

Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...





A+  A-

Yekaterinburqda azərbaycanlıların həbsi fonunda Rusiya və Azərbaycan arasında yaranan gərginlik ictimai-siyasi müzakirələrə səbəb olub.

XəzərNews.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Mixail Vinoqradov fikirlərini “Komsomolskaya Pravda” radiosunun efirində bölüşüb. O, vəziyyətlə bağlı üç əsas aspekti önə çəkib.

Birinci aspekt kimi politoloq hadisələrin ümumilikdə təsadüfi və məqsədsiz ola biləcəyini deyib. “Polisin səlahiyyətlərinin sərhədlərini aşması və zorakılıq nümayiş etdirməsi artıq adi hala çevrilib - xüsusilə də miqrantlara və ‘istənməyən’ şəxslərə qarşı”, - deyə Vinoqradov bildirib.

O əlavə edib ki, bu qədər kəskin ictimai reaksiya gözlənilməz olub.

İkinci aspekt isə etnik cinayətkarlıqla bağlıdır. Ekspert qeyd edib ki, bu mövzu cəmiyyətdə açıq müzakirə olunmur, lakin Cənubi və Şimali Qafqazdan olan insanlar çox zaman “ikinci sort” kimi qəbul edilir. Bu isə cəmiyyətdə narazılıq və gizli gərginlik yaradır.

Üçüncü aspekt isə miqrantlar arasındakı sosial həmrəyliklə bağlıdır. “Cəmiyyətdə qorxu var ki, onlar bir-birilərini müdafiə edir və bu həmrəylik sistem üçün təhlükə yarada bilər”, - deyə politoloq qeyd edib.



Xəbər 298 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +