Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


19.07.2023  10:13 

Mənim bir köşküm də yoxdur - Əhəd Abıyev





A+  A-

Dünən ölkə başçısının sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əhəd Abıyev Gununsesi.info-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Əhəd müəllim, Prezidentin sərəncamını gözləyirdinizmi?

– Əvvəla, onu deyim ki, mən Daşkəsənin tarixində icra başçısı kimi çalışmış ən uzunömürlü şəxsəm. Daşkəsənin keçmişinə nəzər salsanız, görərsiniz ki, əvvəlki icra başçıları 3 ildən artıq işləməyib.

Mən isə 13 il işlədim. Bu o deməkdir ki, işimin öhdəsindən layiqincə gəlmişəm ki, cənab prezident 13 il mənə etimad göstərib. Prezidentin sərəncamına gəlincə, özüm müraciət etmişdim ki, məni azad etsin.

Ona görə də bu sərəncam mənim üçün sürpriz olmadı.

– Son zamanlar Daşkəsənin kəndlərində ayrı-ayrı insanların etirazları mediada yayılırdı. Bu hadisələrin sizin icra başçısı postunu itirməyinizə səbəb olduğu deyilir…

-Qəti razı deyiləm. Daşkəsən rayonu bütün göstəricilərinə görə, respublikada ilk yerdədir. Bizim rayonda hər hansı bir narazılıq olmayıb. Bir-iki nəfərin adıyla mediada yayılanlar da sonradan təsdiqini tapmadı.

– Vəzifədən azad olunmağınızdan bir neçə saat sonra əmlaklarınıza aid siyahılar yayıldı. Bu barədə nə deyə bilərsiniz?

– O siyahıda olan heç bir əmlakın mənə aidiyyatı yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır.

– Bundan sonra nə işlə məşğul olmaq istəyirsiniz? Deputatlıq haqqında düşünürsünüz?

– Hər şeyi zaman göstərəcək. Mən indidən nəsə deyə bilmərəm.

Xəbər 7858 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +