2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


17.06.2020  11:20 

Çinin paytaxtında yenidən koronavirus həyəcanı





A+  A-

Çinin paytaxtı Pekin şəhərində “Sinfadi” topdansatış bazarından qaynaqlanan koronavirusa yoluxma hallarının artması səbəbindən fövqəladə hazırlıq dərəcəsi yenidən 2-ci pilləyə qaldırılıb.
XəzərNews.az “Habertürk”ə istinadən xəbər verir ki, şəhərdə bütün tədris müəssisələri fəaliyyətini yenidən dayandırıb, tələbələrin təhsillərinə onlayn şəkildə davam edəcəyi bildirilib. Həmçinin fövqəladə hazırlıq dərəcəsinin səviyyəsinin artırılmasına görə əyalətlərarası uçuşlar dayandırılıb, xüsusilə yoluxmaların mənşəyi sayılan topdansatış bazarının ətrafında yaşayan insanların şəhəri tərk etməsi qadağan olunub.

“Sinfadi” bazarı ilə bağlı görülən tədbirlərlə əlaqədar olaraq bir çox sahədə evdən işləmək təşviq edilib, istehsalın isə dayandırılmayacağı qeyd olunub. Pekini tərk etməli olan sakinlərin isə son 7 gün ərzində COVID-19 testinin nəticələrinin neqativ olmalı olduğu bildirilib.

Qeyd edək ki, Pekində 12 iyundan etibarən aşkar edilən yeni yolyuxma faktlarının sayı 106-ya çatıb. Ümumilikdə isə Çində bu günə qədər 83 265 nəfər koronavirusa yoluxub, 4 634 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 3292 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +