Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


19.12.2018  15:37 

Bakıda kişini soyundurub videoya çəkdilər





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror Z.Hüseynov, R.Sultanov, H.Həsənovun hər birinin 8 il 6 ay, D.Abdullayevin isə 9 il azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası dekabrın 21-ə təyin edilib.

İttihama görə, həmin şəxslər Bakıda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və daha sonra ondan pul tələb etməkdə təqsirli bilinirlər.

Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurduqdan sonra onu telefonla çəkərək görüntüləri özlərində saxlayıblar. Daha sonra həmin görüntülərlə zərərçəkmişi şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər 3114 dəfə oxunub.




22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +