Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib


29.05.2025  10:47 

Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşlarıdır?





A+  A-

Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb.

XəzərNews.az "Unikal"a istinadən xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb.

Qeyd edək ki, hadisə Göynük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında baş verib. Daxil olan məlumata görə, Atatürk İdman Sarayında keçirilən çempionat zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev iki şəxs tərəfindən bıçaqlanıb.

Araz Musayev sarayda olan sağlamlıq qruplarının ilkin yardımından sonra təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb. Burada edilən müdaxilədən sonra Musayev Antalya Şəhər Xəstəxanasına köçürülərək əməliyyat olunub. Onun müalicəsi davam edir.

Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir.

Xəbər 2404 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +