İran vətəndaşları ilə əlbir olub 30 kq marixuananı...
Avropa Ukraynaya həmişəlik yardım göstərə bilməz - Ərdoğan
Macarıstan Rusiyadan enerji alacağını davam etdirəcək
İsveç xəbərdarlıq etmədən vuracaq - Nazir
Başqasının fotosunu paylaşaraq pul topladı
“Pirzola” restoranının sahibi niyə həbs edilib?
Adnandan sonra... - Başqa kimlər həbs oluna bilər?
İran “tövbə müsəllası”na hazırlaşmalıdır - TƏHLİL
Belçikada erməni radiosu fəaliyyət göstərir, azərbaycanlılar isə...
Lavrov və Rubio arasında görüş planlaşdırılır


26.05.2025  18:32 

Şəhid lövhələri niyə yığışdırılır? - Açıqlama





A+  A-

Gəncə şəhərində yolun kənarında quraşdırılmış şəhid lövhələri yığışdırılır.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən Qafqazinfo-ya belə cavab verilib:

“Gəncə şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılıb. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq tamamilə yararsız hala düşüb, orijinal görkəmini itirib. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınıb.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən “İstiqlal” parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilib, lövhələr quraşdırılıb, eyni zamanda gencesehidleri.az saytı hazırlanaraq istifadəyə verilib”.

Xəbər 2645 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +