AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb
Zəngəzur dəhlizi TRIPP adlanacaq?
Qazi Siyəzən Mərkəzi Xəstəxanasından şikayət etdi
Tovuzda 54 ədəd saxta araq aşkar edilib
“Oğluma 100 minlik saat almışdım”- Akif Həsənov
“Azəriqaz”ın xanım əməkdaşına hücum edən şəxs həbs olundu
Putin sülh danışıqlarına hazırdır - Tramp
Silahlı şəxs McDonald`sı ələ keçirdi
Almaniya Ukraynadan gələn qaçqınlara yardımı kəsir
Avtoyuma məntəqəsindən maşın oğurlandı


07.08.2025  11:13 

İrana Zəngəzur koridorunun ən konfliktogen variantı lazımdır - ŞƏRH





A+  A-

“İran Zəngəzur koridoru ilə bağlı bütün variantları rədd edir. Zəngəzur koridorunun beynəlxalq hüquqa görə sahibi olan Ermənistandır və İran Ermənistanın bu istiqamətdə qərarlarına, əlaqələrinə heç bir irad da bildirə bilmir. Yalnız Azərbaycan və Türkiyənin üzərinə hər cür şər-böhtan atır. ABŞ-ın “Tramp koridoru” adında təqdim etdiyi variantın qarşısını çox asanlıqla almaq olar. İran “Araz koridoru”nu Azərbaycana 100 illik icarəyə verə bilər. Bu hər baxımdan Azərbaycana sərfəlidir. İran bununla razılaşmadı”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, ABŞ artıq Ermənistanda hərbi təlimlərinin vaxtını elan edib:

“Artıq hərbi qüvvəsinin müəyyən bir qismi də Ermənistan ərazisindədir. Sanki İran üçün belə bir şey baş verməyib. Özünü Qərbə, ABŞ-a qarşı düşmən elan edən İran ABŞ-ın Ermənistanda iştirakına göz yumur. İran nə düşünür, bu ayrı, ABŞ-da düşünürlər ki, Ermənistan ərazisində olan ABŞ-dan qorxur. Fikir bildirə bilmir və ya İran ABŞ-la bu və digər formada danışıqlar aparmaq istəyir. Hər ikisi İranın indi rəsmi publik siyasətinin ziyanına olandır”.

Politoloq qeyd edib ki, İran üçün Zəngəzur koridorunun ən yaxşı variantı, o koridorun Ermənistanın içərisindən keçməsidir:

“Amma orada mütləq erməni sərhədçisi və erməni gömrükçüsü durmalıdır. Lazım olarsa, hər gün də erməni hərbçisi, gömrükçüsü ilə Azərbaycan Respublikasının vətəndaşı rastlaşanda insident yaranma ehtimalı çox böyükdür. Bu insidentlər qısa müddət ərzində konfliktə çevrilə, qan tökülə bilər. Ermənistanla Azərbaycan arasında normallaşmadan söhbət gedə bilməz. Əslində bu İranın Ermənistanla Azərbaycan arasında xaosu davam etdirmək kursuna uyğundur. 44 günlük müharibə dövründə İran Ermənistana dəstək verə bilmədi, Azərbaycana qarşı qoşunlarını işlədə bilmədi. Çünki Azərbaycan həm də siyasi baxımdan çox gözəl müdafiə qalası qurmuşdu. Türkiyə və Pakistan Azərbaycanın müttəfiqləri idi. 44 günlük müharibə qurtarana yaxın və ondan az sonra İran iki dəfə bu münaqişəni davam etdirməyə cəhd etdi. Paradoksal olsa da Gürcüstandakı azərbaycanlıları idarə edən İran onlara Ermənistanın yük maşınlarına hücum etmək tapşırığını verdi və buna da nail oldu. Ermənistan və Azərbaycan artıq vəziyyəti başa düşdülər, konfliktin davamına getmədilər”.

M.Əhmədoğlu əlavə edib ki, bütün dövrdə fəaliyyətini tədqiq etdikdə, artıq İranın regiona indiki vəziyyəti aydın görünür:

“Xaos yaratmaq. Ermənistan özünü idarə edə bilmir, Zəngəzur koridoruna Ermənistan sahiblənə bilmir adı ilə həm də keçmiş torpağıdır deyə Ermənistanı işğal etmək, Azərbaycanda da İslam inqilabı qurmaq. Əvvəl də ermənilərlə bir neçə dəfə birlikdə Azərbaycanda konstitusiya quruluşunu dəyişib, İslami respublika qurmağa cəhdlər etdi. Ermənistana dəstək verdi, Azərbaycanın rayonlarını boşatdırdı, 1 milyon qaçqın ordusu yaratdı. Bu qaçqın düşərgələri İran üçün təbliğat materialı idi. Azərbaycan xalqının iradəsi ilə bu baş tutmadı. Ermənistan Azərbaycanla normallaşmaya hazır deyil, bu, aydın görünür. Əbu-Dəbidə danışıq aparır, variantlar razılaşdırılır, dövlətlərarası normallaşma prosesinə razı olduğunu bildirir, digər istiqamətdə isə bunun tam ziddinə hərəkət edir. Belçika parlamentinin aşağı palatasının qəbul etdiyi qətnamə ER XİN və Təhlükəsizlik Şurasının katibi, Baş nazirin müavini Mqer Qriqoryanın və N.Paşinyanın şəxsi iştirakı ilə qəbul edilən qərardır və o qərarın mətnində R.Köçəryan S.Sərkisyanın dövründəki ideyalar səslənir”.

Mərkəz rəhbərinin sözlərinə görə, ABŞ konqresmenləri Qarabağ ermənilərini geri qaytarmaqla məşğuldur:

“Amerika Erməniləri Assambleyası Bakıdakı məhkəmə ilə əlaqəli işlər görür. Dünyanın iri nüfuzlu mətbuatı Ermənistanın təkidi ilə İran narrativini yayır. Təsəvvür edin Aİ Mərkəzi Asiyaya yol açmaq istəyir, amma Avropanın nüfuzlu qəzetləri bunun əleyhinə çıxış edir. Çünki İran belə istəyir. Reuters, BBC, Bloomberg və s. bunların hamısı Avropa ilə Mərkəzi Asiya arasında İranın planlarını təbliğ edirlər. Ermənistan müstəqil olmalıdır, xüsusilə İranın qarşısında müstəqilliyini, suverenliyini qorumağı sübut etməlidir. Yalnız bundan sonra regionda vəziyyət normallaşa bilər”.


Xəbər 436 dəfə oxunub.




07.08.2025  15:48 

Zəngəzur dəhlizi TRIPP adlanacaq?

07.08.2025  13:20 

41 dərəcə isti olacaq

07.08.2025  11:27 

Pomidorla dolu “Qazel” aşdı

07.08.2025  11:17 

Cahangir Əsgərov ölkədən gedib?

06.08.2025  22:23 

Dissertasiya səviyyəli kitab


BÜTÜN XƏBƏRLƏR +