Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...


13.07.2017  14:32 

Xırdalanda tikinti şirkəti sakinlərin işıq pulunu mənimsəyib - 60-dan çox ailə işıqsız qalıb - VİDEO





A+  A-

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən və 60-dan çox ailənin yaşadığı 39 saylı binada işıqlar söndürülüb. Buna səbəb binanın 'Azərişıq' Açıq Səhmdar Cəmiyyətinə enerji borcunun yaranmasıdır.
XəzərNews.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, ``Kristal`` M.V.U adlı inşaat şirkəti tərəfindən inşa olunan bina təhvil verilmədən sakinlər köçürülməyə başlayıb. Buna görə də həmin binaya elektirik sadəcə bir sayğacdan paylanıb. Bu səbəbdən də sakinlər işıq pullarını hər ay vaxtı-vaxtında binanın komendantına ödəyiblər. Buna baxmayaraq, binanın "Azərişığ”a borcu yaranıb. Nəticədə sakinlərin mənzilləri işıqsız qalıb.
Sakinlər bildirirlər ki, bina komendantı enerjinin itkiyə getdiyini, borcun da elə bu səbəbdən yarandığını deyir.
Çəkiliş ərəfəsində şirkətin icraçı direktoru Cəfər Aşurov və Etibar adlı daha bir məsul şəxs də həmin ünvana gəldi. Ancaq çəkiliş olduğunu bildikdə suallarımıza cavab vermədən qaçıb, ərazidən uzaqlaşdılar.
Binanın komendantı da məsələdən xəbərdar olub, ərazini tərk etdi.
Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Nemət Qasımov isə bildirdi ki, binanın enerji ödənişləri hər ay yarımçıq ödənilib. Borc da elə bu səbəbdən yaranıb. Yəni enerjinin itkiyə getmə iddiası əssassızdır.
Nemət Qasımov həmçinin bildirdi ki, bina texniki şərtlərə tam cavab vermədiyi üçün mənzillərə ayrılıqda sayğac quraşdırılmayıb. Hazırda bu istiqamətdə danışıqlar gedir.


Xəbər 3933 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +