Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


23.07.2025  14:11 

“Defacto” vətəndaşa malı 5 manat baha satdı - 4 min cərimələndi





A+  A-

Bakıda “Defacto” mağazalar şəbəkəsi külli miqdarda cərimələnib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall”da fəaliyyət göstərən “Defacto” mağazası barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimə protokolu tərtib edib.

“Defacto” mağazası barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, “Defacto” mağazasında üzərində qiyməti 39.99 manat göstərilmiş paltarın kassada 44.99 manatdan satılması faktı müəyyən olunub.

Mağaza rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4.000 manat cərimə olunub.

Xəbər 484 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +