Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...
Paşinyan: Azərbaycana tranzit məhdudiyyətlərini qaldırırıq
Bakıda 10 ailənin həyatı təhlükə altında -VİDEO
Azərbaycanla işi davam etdiririk - Paşinyan


23.10.2025  12:11 

Özəl sektorda çalışanlar vergi verəcək? - RƏSMİ





A+  A-

Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasına dair dəyişiklik müzakirə mərhələsindədir.

XəzərNews.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

"Qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik olduğu halda ictimaiyyətə məlumat veriləcək", - deyə Fonddan qeyd olunub.

Məlumat üçün bildirək ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 %, sığortaedənin vəsaitindən 22 %z, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulur.

Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin ləğv edilməsi nəzərdə tutulur. Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə güzəştin müddəti artırılmayıb.

Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək. Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.

Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 2026-cı ilin büdcə zərfinə daxildir və Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bu qayda qanun layihəsini Prezident İlham Əliyev təsdiq etdiyi halda qüvvəyə minə bilər.

Xəbər 1423 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür


BÜTÜN XƏBƏRLƏR +