Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO
Ceyhun Bayramov Marta Kos ilə görüşüb
Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı


18.05.2018  13:37 

“Niyə korrupsiyanın qarşısı vaxtında alınmır?” - Deputat





A+  A-

“Hesablama Palatasının həyata keçirdiyi tədbirlərə baxanda üzvlərin peşəkarlığını görmək olur. Lakin Palatanın nəzarət mexanizm əmsalı aşağıdır”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Əli Məsimli Hesablama Palatasının hesabatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Hesablama Palatası fəaliyyətini səmərəli şəkildə həyata keçirməsi üçün beynəlxalq normalardan istifadə edir: “Hesablama Palatasının fəaliyyəti nəticəsində 2017-ci ildə büdcəyə qaytarılan vəsaitlərin toplananda 17 milyon manat vəsait edir. Bunun hamısı büdcəyə yönəldilməsə də, bu rəqəmdən çıxış edərək Palatanın fəaliyyəti nəticəsində büdcəyə qaytarılan vəsait dövlət büdcəsi xərclərinin 0.1 faizindən artıqdır. Bu açıq şəkildə göstərir ki, nəzarət mexanizminin faydalı iş əmsalı xeyli dərəcədə aşağıdır. Hesab edirəm ki, “Dövlət maliyyə nəzərəti haqqında” da qanun da qəbul edilməlidir. Hesablama Palatasının səlahiyyətinin artırılması, həm də bu qanunun qəbulu vacibdir”.

Millət vəkili korrupsiya hallarına qarşı mübarizə tədbirlərini də effektli hesab etmədiyini deyib: “Hesablama Palatası ötən il nöqsanlara yol verən 258 şəxsə qarşı müxtəlif intizam tədbirləri həyata keçirilib, onlardan 9 nəfər işdən azad edilib. Azərbaycanda nəzarət mexanizmi paradoksludur. Eyvanda bir kərpic qoyanda dövlət orqanları onun başına toplanır. Lakin dövlət hakimiyyət orqanlarında bu məsələyə yolavermə prinsipi ilə yanaşılır.Yalnız məmur işdən çıxarlır, o milyonlarla vəsait mənimsəmiş olur ki, bu səhv yanaşmadır.

Bundan başqa, Palata korrupsiya hallarına qarşı da effektli tədbirlər görür. Lakin Hesabalama Palatası korrupsiyaya qurşanana qədər onun yolunu kəsməlidir. Bunun da yolları aydındır. Dövlət vəsaitindən istifadədə istrafçılıq, bəzən bir obyektin tikilməsinə iki –üç dəfə artıq vəsait ayrılır. Bu hallara qarşı mübarizə tədbirləri yolları dəfələrlər burada da qaldırılıb. Nə üçün gübrə 12-14 manatadır, 20-25 manata satılır? Nə üçün hesablama palatası bu istiqamətdə iş görmür?”.

Deputat Vahid Əhmədov da öz növbəsində qeyd edib ki, ötən il ümumi 70 nəzarət tədbiri həyata keçirilib: “Nöqsanlar əsasən ayrılan vəsaitlərin düzgün istifadə olunmaması, dövlət satınalmaları sahəsində və mühasiba uçotu ilə bağlı olub. Dövlət satınalmaları ilə bağlı nöqsanlar ümumi nöqsanların 36 fazini, mühasibat uçotu ilə bağlı nöqsanlar 35 faizini, dövlət zəmanəti ilə verilən kreditlərlə bağlı nöqsanlar isə ümumi nöqsanların 15 faizini təşkil edib”.

Xəbər 3629 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +