ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda
TƏBİB və İTSDA-dakı yoxlamalar təsdiqləndi - Açıqlama


29.08.2025  12:27 

“Bank of Baku“ mərhum qazinin borcuna görə anasını məhkəməyə verib





A+  A-

"Bank of Baku" iki il əvvəl faciəvi şəkildə dəm qazından boğularaq həyatını itirən Vətən müharibəsinin qəhrəmanlarından biri olan Səbuhi Məmmədovun ailəsini məhkəməyə verib.

XəzərNews.az Yurd.Media xəbər verir ki, Səbuhi sağlığında "Bank of Baku"dan kredit götürüb və vəfat edərkən təxminən 1000-1200 manat borcu qalıb. Vəfatından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, bank rəhbərliyi indi onun anasını məsuliyyətə cəlb etməyə çalışır.

Səbuhinin anası bank tərəfindən çağırılıb və ona oğlunun borcunu ödəməsi tələb edilib. Daha təəccüblüsü isə bank əməkdaşının söylədiyi sözlər olub: "Oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat eləməsin".

Məhkəmə işinə sentyabrın 1-də Şirvan şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbuhi Məmmədov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin 24 iyun tarixli sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Bundan əlavə, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılıb.

Xəbər 2377 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +