PA-ya “işə düzəlmək“ istədi, 3000 manatından oldu
Anar sədrlikdən gedəcəyi vaxtı açıqladı
Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi


11.06.2021  10:26 

ABŞ səfirini Moskvaya geri göndərəcək





A+  A-

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan yaxın həftələrdə Vaşinqtondan Moskvaya qayıdacaq.
XəzərNews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib. Onun sözlərinə görə, Sallivan ABŞ Prezidenti Co Baydenə rusiyalı həmkarı Vladimir Putinlə Zirvəyə hazırlaşmaqda kömək edib.

“O, sammitdən əvvəl bura qayıtdı, prezidentlər Baydenlə Putinin görüşünə hazırlaşmaq üçün Ağ Ev və Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə çalışdı”, - deyə Prays qeyd edib.

Xatırladaq ki, rusiyalı səfir Anatoli Antonov cari ilin martında Moskvada məsləhətləşmələr üçün Vaşinqtondan geri çağırılmışdı. Diplomatik nümayəndəlik rəhbərinin geri çağırılmasına Baydenin Putinlə bağlı açıqlamaları səbəb olmuşdu.

Bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Con Sallivana məsləhətləşmələr üçün Vaşinqtona getməsini tövsiyə etdiyini açıqlamışdı. Aprelin 20-də ABŞ Dövlət Departamenti Sallivanın Moskvanı tərk etməsi ilə bağlı qərarını elan etmişdi.

Xəbər 3318 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi


BÜTÜN XƏBƏRLƏR +