Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


27.10.2022  12:19 

“Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur”





A+  A-

Hazırda rəqəmsal media məkanı gündən-günə genişlənməkdə və ölkələrin milli informasiya mühitinə öz təsirini göstərməkdədir. Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiya mübadiləsi prosesi demək olar bütün ölkələri əhatə edir.

Bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının birinci toplantısında çıxışı zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

İcraçı direktor qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaranmış Medianın İnkişafı Agentliyi beynəlxalq informasiya mübadiləsinə hesablanmış tədbirlər görür. “Bu il Şuşada keçirilən beynəlxalq forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur”, - deyə Əhməd İsmayılov vurğulayıb./AZƏRTAC

Xəbər 2477 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +