Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


20.05.2020  16:48 

6-dan sonra işləyən restoranın 24 müştərisi saxlanıldı





A+  A-

Binəqədi rayonunda sanitar-karantin qaydalarına zidd olaraq saat 18:00-dan sonra gizli fəaliyyət göstərən restoran aşkar edilib.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranın saat 18:00-dan sonra da işlədiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Xəbər 3317 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +