İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər


04.01.2019  09:54 

Azərbaycanda bu maşınlar üçün xüsusi zolaqlar olacaq





A+  A-

Azərbaycanda iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq, avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək, avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.

Bundan başqa, avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.

Xəbər 3163 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +