Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?
“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?


18.10.2025  12:53 

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI





A+  A-

Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişində cəhddə ittiham olunan akademik Ramiz Mehdiyevin yaxın-uzaq qohumlarını hələ də vəzifədə olduqları iddia olunur.

XəzərNews.az Azərbaycan mediasında zaman-zaman adları çəkilən Mehdiyevin qohumlarının siyahısını təqdim edir:

Teymur Mehdiyev - Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini, general-mayor.

Kamilə Əliyeva (Mehdiyeva kimi tanınır) - Ramiz Mehdiyevin qızı. Psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetində kafedra müdiri kimi fəaliyyət göstərir.

Qalina Yuriyevna Mehdiyeva - Ramiz Mehdiyevin həyat yoldaşı. Bəzi mənbələr ona AMEA daxilində dissertasiya şuralarında fəal rolu olduğu iddialarını verir.

Mehdiyev Telman Hüseynqulu oğlu - Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi.

Mehdiyev Nəriman Hüseynqulu oğlu - Nizami rayon Məhkəməsinin hakimi

Mehdiyev Mərdan Hüseynqulu oğlu - “Nəvai” postunun komandiri olub.

Mehdiyev Elvin Xanlar oğlu - Dövlət Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı.

Mehdiyev Zahid Arif oğlu - Azərbaycan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri kimi adı çəkilir.

Fikrət Əliyev - kürəkəni İlham Əliyevin qardaşı olaraq iddia edilir və AMEA-nın İşlər İdarəsinin müdir müavini vəzifəsində adı çəkilir.

Seymur Mərdəliyev - kürəkənin xalası oğlu – Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki nümayəndəsinin müavini.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsi tərəfindən Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb və o, hazırda ev dustaqlığında saxlanılır.

Xəbər 3875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +