Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


25.08.2022  15:33 

İnsan meyiti qəbirdə neçə ilə sümüyə çevrilir?





A+  A-

Ölüm baş verən andan etibarən orta hesabla on saat içərisində bədən boş olur. Əgər cəsədin sahibi həyacanlı oldugu və ya mübarizə verildiyi zaman ölüm baş veribsə, bədən eyni anda bərkiməyə başlayır. Müharibədə ölən insanların vurulduqları şəkildə bərkimələri də bu səbəbdən olur.

Ölüm anından sonra cəsəd hər saat sonra orta hesabla bir dərəcə soyuyur. Kök adamların cəsədlərinin daxili orqanları daha gec soyuyur. Uşaqların və arıqların bədəni hesablamadan daha tez soyuyur. Ölümün baş verməsindən 24 saat sonra bədən çürüməyə başlayır.Tənəffüsün dayanması bakteriyalar üçün işarə olur və işləməyə başlayırlar.

İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bagırsaqlardır. Cəsəd kökdürsə, daha tez çürüyür, körpələr və duzlu suda bogulanlar isə daha gec çürüyür. Ən gec çürüyən hissələr ürək, sidik kisəsi, böyrək və bətndir. Bətnin çürüməsi aylarla davam edir. İlk çürüyən yer olan mədə və bagırsaqlarda bakteriyalar gərgin işlədikləri üçün sürətlə qaz yaranır. Bu qaz qarın bölgəsinin qabarmasına səbəb olur.

Dərinin üstünü yanıq kimi su toplayarkən, orqanizmdə toplanan sulfidə görə cəsədin rəngi qaralmaga başlayır. Dərinin çəkilməsi və çürümə baş verdiyindən dırnaqlar qabaga çıxır və uzanır. Bədənin ölməsi ilə birlikdə bütün hərəkətlər bitdiyi üçün dırnaq və saç uzanması mümkün deyil.

Qəbirdən gələn səslər isə çürümə prosesinin nəticəsidir. Gündən-günə şişən qarın partlayır və döş çökür. Bu hadisə qəbirin üstündən eşidilə biləcək qədər səsli olur. Əzələlərin sümükdən ayrılıb tökülməyə başladıgı vaxt qırxıncı günə rast gəldiyi üçün xalq arasında əziyyətin azalması inancı ilə ehsan verilir.

Bədən çürüyərkən proses nizamlı şəkildə gedir. Bakteriyalar daxildən yox edərkən, kənardan da ət milçəyi gözə, buruna sürfə qoyur. Bu milçəklər yeyəcəkləri qurtarana qədər burada qalır və ölürlər. Daha sonra ölən bu milçəkləri yemək üçün başqa həşəratlar gəlir. Geriyə sümüklər qalana qədər bu davam edir. Təxminən 4 il sonra insan tamamilə sümük halına çevrilir.

Xəbər 5399 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +