Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


16.05.2022  11:19 

“Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsir





A+  A-

“Azərbaycan Dəmir Yolları” QSC Bələdçilər ehtiyatı idarəsinin rəisi İlham Hüseynov dəmiryolçuları toplayaraq onların ağ kağıza imza çəkməklərini tələb edib.

XəzərNews.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Belə ki, 379 manat məvacib alan bələdçilər bundan sonra 229 manat maaş alacaqlar. İ.Hüseynov diqqətə çatdırıb ki, bəzi maddi problemlərə görə onların maaşlarından 140-150 manat tutulacaq.

Qeyd edək ki, hazırda idarənin qarşısında 100-dən çox işçi yığışaraq öz haqlı etirazlarını bildirirlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Elyar Muradov etirazçıların qarşısına çıxaraq bildirib ki, regionlara sərnişindaşıma işləmədiyi üçün bu qərar verilib.

Xəbər 7904 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +