Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


15.10.2019  11:09 

Tramp Suriyaya görə Ərdoğana zəng etdi





A+  A-

ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı olub.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə “The Hill” nəşri vitse-prezident Mayk Pensə istinadən məlumat yayıb.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Tramp rəsmi Ankaradan çox sayda kürdün yaşadığı Kobani şəhərinə hücum etməyəcəyinə dair “möhkəm bir öhdəlik” alıb.

Vitse-prezident Türkiyəyə qarşı yeni elan edilmiş sanksiyaların təcili atəşkəs elan edilənə qədər, hücuma son qoyulanadək və Suriya ilə sərhəd boyunca uzun müddətli bir həll mövzusunda razılaşmaya qədər qüvvədə qalacağını və ya daha da pisləşəcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin 9 oktyabrda Suriyanın şimalında başladığı “Sülh Çeşməsi hərəkatı”na görə bu ölkənin Milli Müdafiə və Energetika nazirliklərinə, eləcə də Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməzə qarşı sanksiya tətbiq edib.

Xəbər 1729 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +