Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


12.10.2019  16:52 

Narkotik qaçaqmalçıları saxlanıldı





A+  A-

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat-İstintaq Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonu, Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Cəfərov Mehman Qardaş oğlu saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 1 ədəd sellofan torbada, 5 ədəd bağlamada, qablaşdırılma ilə birlikdə çəkisi 5
kiloqram 26 qram olan narkotik vasitə - həşiş aşkar edilib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsində əli olan digər Azərbaycan Respublikası vətəndaşı Yüsübov Əbülfət Abdulhüseyn oğlu Sumqayıt şəhəri ərazisində əməliyyatçılar tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər 1883 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +