Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


01.08.2019  09:54 

XƏBƏRDARLIQ - İfrat “zaqar” dəri xərçəngi yaradır





A+  A-

Yay fəsli gələn kimi insanları maraqlandıran əsas mövzulardan biri günəş şüalarının mənfi və müsbət tərəfləri olur. Xüsusilə, dəniz mövsümündə günəş vannası qəbul etmək aktual olduğundan şüaların dəriyə mənfi təsiri daha çox narahatlıq yaradır.
Ümumiyyətlə, günün hansı saatlarında günəş vannası qəbul etmək lazımdır? Saatlarla qəbul etdiyimiz günəş şüasının dəriyə nə kimi mənfi təsiri var?

XəzərNews.az-ın məlumatına görə, dermotoloq Həmid Mustafayev Modern.az-a açıqlamasında deyib ki, səhər saat 11-dək və günorta saat 4-dən sonra günəş vannası qəbul etmək daha yaxşıdır.

“Günəş vannası qəbul etmək üçün günün müəyyən vaxtları nəzərdə tutulub. Günün orta saatlarında düşən ultrabənövşəyi qırmızı şüaların dəriyə təsiri nəticəsində dəridə yanıq və ləkələr əmələ gəlir. Eyni zamanda bu şüalar piqment pozğunluğu yaradaraq dəridə olan xalların bədxassəliyə çevrilərək dəri xərçənginin yaranması üçün qıcıq rolu oynayır. Buna görə də günorta saatlarında günəş vannası qəbul etmək düzgün deyil. Dərisində kəskin ləkə olan xanımlar yaxşı olardı ki, günəşqoruyucu kremlərdən - “SPF”dən istifadə etsinlər”.

Xəbər 1416 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +