Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


05.04.2019  09:43 

Saxlanılan şəxs polis şöbəsində öldü





A+  A-

Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, ötən gecə şöbədə saxlanılan 50-55 yaşlarında olan kişi orada ölüb. İlkin məlumata görə ölən şəxs yol polisi əməkdaşları tərəfindən qayda pozduğuna görə saxlanılbmış.

***

Saxlanılan şəxsin ölüm səbəbi məlum olub. DİN mətbuat xidmətinin Qərb Regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, hadisə ötən gecə saat 23.30 radələrində baş verib. Yol Polisi əməkdaşları rayonun Goranlı kənd sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlunu idarə etdiyi "VAZ2107" markalı avtomobillə saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs sərxoşdur. O, Goranboy rayon Polis Şöbəsində aparılıb və barəsində inzibati xətalar məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Şöbədən çıxan zaman şəxsin halı pisləşib.

Dərhal Təcili Tibbi Yardım çağırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Qərb Regional Qrupdan bildirilib ki, İ. Yolçiyev saxlanılan zaman həyat yoldaşı və qızıda yanında olub. Onların dediyinə görə, onlarda irsi olaraq ürək damar xəstəliyi var. Sürücünün də bu səbəbdən öldüyü ehtimal edilir.

Hazırda faktla bağlı Goranboy Prokuroluğunda araşdırma aparılır.

Xəbər 1396 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +