Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


17.02.2025  12:46 

DYP-dən sürücülərə XƏBƏRDARLIQ





A+  A-

"Məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə səbəb ola bilər".

XəzərNews.z xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir:

"İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər".


Xəbər 2168 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +