Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


19.05.2025  11:29 

Qazi maşını “protiv” sürürmüş - Qəza/Ölüm





A+  A-

Mayın 16-na keçən gecə Şabranda Vətən müharibəsi qazisi 23 yaşlı Akif Zeynalzadə ilə həyat yoldaşının öldüyü yol qəzasının bəzi təfərrüatları üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı A.Zeynalzadənin “Azsamand” markalı avtomobili Bakı-Quba-Rusiya sərhədi yolunda əks istiqamətdə sürdüyü məlum olub.

Bildirilib ki, hadisədən əvvəl Sabirabad rayon sakini A.Zeynalzadə həyat yoldaşı Dinara ilə birgə Xaçmazın Tel kəndinə gediblər. Onlar Dinaranın birinci nikahdan olan övladını onun valideynlərinin yanında qoyaraq Bakı istiqamətində yola düşüblər. Lakin Şabran rayonu ərazisində olarkən Akif və Dinara fikirlərini dəyişiblər və uşağı özləri ilə aparmaq qərarına gəliblər. Buna görə 23 yaşlı Akif avtomobili saxlayaraq geriyə - əks istiqamətdə hərəkət etməyə başlayıb. Nəticədə avtomobil öz yolu ilə hərəkət edən “Renault” markalı yük maşınına çırpılıb.

Akif və hamilə həyat yoldaşı hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 714 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +