Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


05.10.2022  20:36 

Qatarlar gecikdi, sərnişinlər etiraz etdi





A+  A-

Sumqayıt-Xırdalan-Bakı qatarında səhər saatlarında yaşanan dəhşətli sıxlıq etirazlara səbəb olub.

XəzərNews.az xəbər verir ki, sıxlığa və qatarların gecikməsindən cana yığılan sərnişinlər Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.

Hətta sıxlıq zamanı sakinlərdən birinin halı pisləşib.

Vətəndaşlar qatarlarda kondisionerin işləmədiyini, havalandırma sisteminin olmadığını bildiriblər: "Hər gün belə zülüm yaşayırıq. İşə gecikmək bir yana, havasızlıqdan lap nəfəsimiz kəsilir".

Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.

Xəbər 8193 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +