Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


02.02.2020  09:52 

İki qardaş marşrut sürücülərini bıçaqladı





A+  A-

Şirvan şəhərində iki bıçaqlanma hadisəsi baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlu bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və dərhal əməliyyata götürülüb.

Yaralı əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.

Bundan əvvəl Şirvanda Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu da baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. K.Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Əsas damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağır olduğundan paytaxta yola salınıb.

Hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.

O da müəyyən edilib ki, Vüsal Vazehini sonuncunun qardaşı münaqişə baş verən anda bıçaqlayıb. Hadisəni törədən digər qardaşın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bıçaqlanan şəxslər Şirvan şəhərində 3 saylı marşurut xəttinin sürcüləri olub. Hadisəyə səbəb marşurut xəttinin sonuncu dayanacağında qardaşlar və sürcülər arasında yaranan mübahisə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 1572 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +